“Ermənistan və Azərbaycanın anklavlar və esklavlar məsələsi müstəsna olaraq demarkasiya və dinc nizamlanma prosesi çərçivəsində həll edilməlidir”.
“BUTA.TV” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra brifinqdə danışıb.
Onun sözlərinə görə, İrəvan və Bakı tərəfindən razılaşdırılan delimitasiya prinsipinə əsasən, Kərki, Bərxudarlı və Yuxarı Əskipara Ermənistan ərazisinə daxil deyil.
Paşinyan xatırladıb ki, Ermənistan və Azərbaycan delimitasiyanı 1991-ci ilin Almatı Bəyannaməsi əsasında keçirmək barədə razılığa gəlib. Həmin sənədə əsasən, SSRİ-nin süqutu zamanı keçmiş ittifaq respublikalarının inzibati sərhədləri dövlətlərarası sərhədlər kimi tanınır.
Ermənistan Baş naziri mövcud xəritələr əsasında Tavuş vilayətinin Kirants kəndi yaxınlığında Ermənistan-Azərbaycan sərhədinin bir hissəsində artıq delimitasiya həyata keçirildiyini vurğulayaraq, prosesin gələcəkdə də eyni əsasda davam etdirilə biləcəyini deyib.
- 3 yeni turizm və rekreasiya zonası yaradılacaq
- Təl-Əviv aeroportunda xaos: 100 min sərnişin… - Video
- Nazir müşavirini işdən çıxardı
- Həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq
- Azərbaycanda aviabilet qiymətləri daha əlçatan ola bilər
- Təyyarə biletləri ilə bağlı tədbirlər görüləcək – Sərəncam
- Daha 34 ölkəyə vizasız gedə biləcəyik
- “Bu kəndlər Ermənistan ərazisi deyil”