Daha 34 ölkəyə vizasız gedə biləcəyik

16:41 - 20 Avqust 2026 - GÜNDƏM

 Daha 34 ölkəyə vizasız gedə biləcəyik

Azərbaycanla vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələrin sayı artırılacaq.

BUTA.TV” xəbər verir ki, bu, “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında öz əksini tapıb.

Belə ki, Proqramın aralıq nəticəsi kimi, 28 hədəf turizm ölkəsinin vətəndaşları üçün vizasız gediş-gəliş rejiminin tətbiqinin təmin edilməsi nəzərdə tutulur. Yekun hədəf isə bu göstəricinin 34 ölkəyə çatdırılmasıdır.

Tədbirin icra müddəti 2026-2030-cu illəri əhatə edir.

Qeyd edək ki, Azərbaycan vətəndaşları hazırda 95 ölkəyə vizasız səfər edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol