Berlində gizli silah anbarı aşkarlandı

20:24 - 21 Avqust 2026 - GÜNDƏM

 Berlində gizli silah anbarı aşkarlandı

Almaniya Baş Prokurorluğu Berlin yaxınlığında ölkədə təxribat törətmək üçün nəzərdə tutulduğu iddia edilən silah anbarının aşkarlanmasından sonra cinayət işi açıb.

BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, kəşfiyyat fəaliyyəti nəticəsində dövlət təhlükəsizliyini təhdid edən ağır cinayətin hazırlanması şübhəsi ilə Rumıniyada bir nəfər saxlanılıb.

"Onun terror aktı planlaşdırdığını güman etmək olar. Bu işdə xarici dövlətlərin iştirakı istisna edilmir", - məlumatda qeyd olunur.

Gizlin silah anbarını Almaniya əks-kəşfiyyatı idarəsi aşkarlayıb. Anbarda tapança və sursatlar olub. Hüquq-mühafizə orqanları silahların mümkün alıcılarını müəyyən etmək üçün gizli yeri nəzarət altına alıb.

Bu xəbər hal-hazırda çox oxunur
Zelenskidən "Maşa və Ayı" ilə bağlı qərar...

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol