Erməni kəşfiyyatının rəhbəri Gürcüstanda...

00:09 - 22 Avqust 2026 - SİYASƏT

 Erməni kəşfiyyatının rəhbəri Gürcüstanda...

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Gela Geladze ilə Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan arasında keçirilən görüşdə ikitərəfli əməkdaşlıq əsas müzakirə mövzusu olub.

BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin məlumatında deyilir.

Bildirilib ki, iki qurumun rəhbərləri işgüzar görüş keçiriblər və görüşdə Gürcüstan və Ermənistan arasında möhkəm dostluq münasibətləri və onların dərinləşdirilməsi perspektivləri müzakirə edilib.

Görüşdə beynəlxalq təhlükəsizliyin üzləşdiyi problemlərin həllində iki ölkənin kəşfiyyat və təhlükəsizlik qurumları arasında konstruktiv dialoqun və sıx əməkdaşlığın vacibliyi vurğulanıb.

Bu xəbər hal-hazırda çox oxunur
Zelenskidən "Maşa və Ayı" ilə bağlı qərar...

Qeyd edək ki, K.Qriqoryan Gürcüstanda səfərdədir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol