Rusiyanın iri şəhərlərində ikinci əl mənzil satanlar evdəki mebel və məişət texnikasını yeni sahibinə saxlamağa daha çox üstünlük verməyə başlayıblar.
BUTA.TV Musavat.com-a istinadən xəbər verir ki, 2026-cı ilin mayında əhalisi bir milyondan çox olan şəhərlərdə ikinci əl mənzil satışı elanlarının 20,5 faizində evin mebellə birlikdə satıldığı göstərilib.
Ən yüksək göstərici Yekaterinburqda qeydə alınıb – 44,4 faiz. Nijni Novqorodda bu rəqəm 33,5, Rostov-na-Donuda isə 31,1 faiz təşkil edib. Ən aşağı göstəricilər Krasnodarda – 7 faiz, Voronejdə – 7,7 faiz və Samarada – 11,3 faiz olub.
Moskvada bu göstərici 26,2 faiz, Sankt-Peterburqda isə 27 faiz təşkil edir.
Ekspertlər bildirirlər ki, əslində mebellə birlikdə satılan mənzillərin sayı rəsmi elan statistikasında görünəndən xeyli çox ola bilər. Elanların 12,5 faizində mənzilin mebelsiz olduğu xüsusi qeyd edilir, təxminən üçdə ikisində isə bu barədə ümumiyyətlə məlumat verilmir. Mütəxəssislər bazarda mebellə satılan mənzillərin real payını təxminən 60 faiz qiymətləndirirlər.
Bu tendensiyanın güclənməsinə əvvəllər kirayəyə verilən mənzillərin satış bazarına çıxarılması, həmçinin təmir, mebel və məişət texnikasının bahalaşması təsir göstərir.
Mebelli mənzil alıcıya sövdələşmədən sonra əlavə xərcləri azaltmağa və birbaşa evə köçməyə imkan verir. Bu, xüsusilə uşaqlı ailələr, başqa regionlardan gələnlər və mənzili kirayəyə vermək məqsədilə alan investorlar üçün əlverişli hesab olunur.
Bununla belə, mebelin olması avtomatik olaraq mənzilin daha baha satılması demək deyil. Müasir interyer, quraşdırılmış mətbəx, məişət texnikası və saxlama sistemləri satışı sürətləndirə və qiyməti mebelsiz analoji mənzillərlə müqayisədə 3–7 faiz artıra bilər. Köhnəlmiş və həddindən artıq əşya ilə doldurulmuş mənzil isə əksinə, qiymətin aşağı salınması üçün bazarlıq predmetinə çevrilə bilər.
- Paşinyanın əsas rəqiblərindən biri azadlığa buraxıldı
- Orada mənzillər artıq bu üsulla satılır: Açarı götür, birbaşa köç!
- Liviyada güclü partlayış baş verdi
- Erməni kəşfiyyatının rəhbəri Gürcüstanda...
- BMT TŞ bu tarixdə Ukrayna ilə bağlı iclas keçirəcək
- İndoneziyada güclü zəlzələ oldu
- Zaporojyedə sərnişin avtobusu dronla vuruldu - Video
- “Xeyli arıqladığımı görüb nə baş verdiyini soruşdular”