Liviyada güclü partlayış baş verdi

00:33 - 22 Avqust 2026 - GÜNDƏM

 Liviyada güclü partlayış baş verdi

Liviyanın şimal-qərbində Misrata şəhərindəki hərbi qruplaşmaya məxsus silah anbarında güclü partlayış baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə “Əl-Vasat” xəbər agentliyinin verdiyi məlumatda deyilir.

Bildirilib ki, anbarda baş verən partlayışdan dolayı ətraf ərazilərə raket və sursat dağılıb. Partlayışın səbəbi və mümkün itkilər barədə hələlik məlumat verilməyib.

Xəbər agentliyinin mənbələrinə görə, silah anbarı “Əl-İsar” Briqadasına məxsusdur.

Bu xəbər hal-hazırda çox oxunur
Zelenskidən "Maşa və Ayı" ilə bağlı qərar...

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol