Bu ölkənin daxili işlərinə heç vaxt müdaxilə etmirik - Qalibaf

13:21 - 22 Avqust 2026 - GÜNDƏM

 Bu ölkənin daxili işlərinə heç vaxt müdaxilə etmirik - Qalibaf

İran İraqın daxili işlərinə heç vaxt müdaxilə etməyib.

BUTA.TV xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf 3 günlük İraq səfərinin nəticələri ilə bağlı açıqlaması zamanı deyib.

Qalibaf bildirib ki, görüşlərdə təhlükəsizlik məsələləri və İraqdakı silahlı qruplar müzakirə olunub:

“İran İraq daxilindəki qrupların və siyasi aktorların ölkə Konstitusiyası çərçivəsində müstəqil şəkildə əldə etdikləri razılaşmaları dəstəkləyir”.

Bu xəbər hal-hazırda çox oxunur
Gəncədə boğularaq öldürülən qadının - Fotosu

Parlament sədri həmçinin İraqdakı xarici hərbi qüvvələrin ölkədən çıxarılmasının son mərhələyə çatdığını bildirib.

Onun sözlərinə görə, ABŞ-ın bölgədəki hərbi mövcudluğu və İsrailin fəaliyyəti regional təhlükəsizliyi təmin etmir, əksinə, qeyri-sabitliyi artırır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol