Ən çətin mərhələni keçdik, amma... - SDQ-dən açıqlama

13:39 - 22 Avqust 2026 - GÜNDƏM

 Ən çətin mərhələni keçdik, amma... - SDQ-dən açıqlama

Kürdləri potensial hərbi qüvvə kimi istifadə etmək istəyənlər və başqa planları olanlar məğlub oldular. Bölgənin bütün xalqları - türk, ərəb və kürd qalib gəldi.

BUTA.TV Türkiyə mediasına istinadla xəbər verir ki, bunu özünü buraxan Suriya Demokratik Qüvvələrinin liderlərindən olan Sipan Hamo deyib.

“İndi bu sülh mühitində qardaşlığı inkişaf etdirməyin vaxtıdır. Bəli, ən çətin mərhələni keçdik, amma qarşıda hələ də çətinliklər var. Dəməşq artıq bizim ortaq paytaxtımızdır. Regional planları pozulanlar, xüsusən də İsrail boş qalmayacaq. Onlar, şübhəsiz ki, bu sülh atmosferini pozmaq və yeni çatlar yaratmaq üçün yeni taktikalar sınayacaqlar. Lakin biz keçmiş səhvlərdən dərs çıxarmağa və gələcəyimizi sülh və qardaşlıq təməli üzərində qurmağa borcluyuq. Məhz buna görə də yeni bir səhifə açdıq. Ortaq vətənimiz Suriya indi daha güclüdür. Bu birlik təkcə Suriya üçün deyil, bütün Yaxın Şərq üçün vacibdir. Səmimi və etimada əsaslanan səviyyədə irəliləsək, heç kim uğurumuzu, qələbəmizi oğurlaya bilməz. Deyə bilərəm ki, Dəməşq administrasiyası və Ankara bu inteqrasiya prosesində cəsarətli və səmimi davranıblar. Biz də eyni şəkildə qarşılıqlı münasibət göstərmişik”, - S.Hamo əlavə edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol