Xəbər verdiyimiz kimi, Bakıda 23 yaşlı qadın hamiləliyini sonlandırdıqdan sonra güclü qanaxmadan vəfat edib.
“BUTA.TV”nun “Bakupost”a istinadən məlumatına görə, Tovuz rayon sakini Lalə Quliyevanın hamiləliyi TƏBİB-in tabeliyində olmayan özəl tibb müəssisələrinin birində sonlandırılıb. Daha sonra qadın evə aparılıb. Bir müddət sonra onda güclü qanaxma baş verib və həyatını itirib.
Bildirilib ki, L.Quliyeva təcili tibbi yardım vasitəsilə Sabunçu Tibb Mərkəzinə ölü vəziyyətdə çatdırılıb.
Qeyd edək ki, Lalə Quliyevanın 5 aylıq hamiləliyi zamanı bətnindəki dölün qüsurlu olduğu müəyyən edilib. Bundan sonra o, abort etdirmək qərarına gəlib.
Mərhum bir qız övladı anası olub.

- ABŞ-ın İrana qarşı yeni iqtisadi sanksiyalar elan etməsi...
- Ağ Şəhərdə bahalı avtomobillər toqquşdu - 7 maşına zərər dəydi - Video
- Təyyarə qəzası: ölənlər var
- Özəl xəstəxanada abortdan sonra evə aparılıb, güclü qanaxma olub...
- Artıq Hörmüz Amerika ərazisidir – Tramp elan etdi
- Rusiyanın Krivoy Roqa zərbəsi: ölənlərin sayı artdı
- Fransada seçkilər NATO üçün "kabusa" çevrilə bilər - İddia
- Ukrayna ilk dəfə Rusiyanın bu şirkətini vurdu