Dənizdə boğulduğu deyilən 5 uşaq atasının xaricə getdiyi ortaya çıxdı

15:51 - 22 Avqust 2026 - GÜNDƏM

 Dənizdə boğulduğu deyilən 5 uşaq atasının xaricə getdiyi ortaya çıxdı

Avqust ayının 19-da saat 19 radələrində Masallı rayon sakini 36 yaşlı Elmar Məmmədlinin Xəzər dənizinin Astara şəhəri ərazisindəki çimərliyində boğulması, meyitinin isə suda itkin düşməsi barədə polisə məlumat daxil olub. 

BUTA.TV” xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlərlə həmin şəxsin suda boğulmadığı, avqust ayının 20-də hava yolu ilə ölkə hüdudlarını tərk etdiyi müəyyən edilib. 

Araşdırmalar davam etdirilir.

Xatırladaq ki, Masallı rayonunun Kosagül kənd sakini olan 1990-cı il təvəllüdlü Elmar Bəybala oğlu Məmmədli avqustun 19-da yaxın qohumları ilə çimmək üçün dənizə gəlibmiş. Onun 5 uşaq atası olduğu qeyd olunub.

Bu xəbər hal-hazırda çox oxunur
Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol