Rusiyanın Ukraynanın Kiyev vilayətinə ballistik raket hücumu nəticəsində Borispol rayonunda 1 nəfər həlak olub, 5 nəfər yaralanıb.
BUTA.TV xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko öz Teleqram kanalında məlumat yayıb.
T.Tkaçenkonun sözlərinə görə, anbar, avtomobil dayanacağı, nəqliyyat vasitələri, şəxsi evlər və yanacaqdoldurma stansiyası da zərər görüb.
Həmçinin, "Baza" kanalının məlumatına görə, Kiyev vilayətindəki Borispol hava limanına da güclü zərbə endirilib.
İlkin məlumata görə, aerodroma kaset döyüş başlıqlı təxminən 7 raket düşüb və ərazidən böyük, qatı tüstü sütunu qalxır. Daha əvvəl orada Ukrayna hava hücumundan müdafiə mövqeləri və logistika obyektlər yerləşirdi.
- Süleymançılara qarşı yeni əməliyyat: saxlanılanlar var
- Rusiya Kiyevdə hava limanını vurdu - Video
- Hindistanda bir “iPhone”a görə bütün ailə məhv oldu - Video
- İran ordusu müdafiədən hücum doktrinasına keçdi
- Kamçatkada köməksiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı ilə bağlı - Səfirlikdən açıqlama-Yenilənib
- 1641-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Heç bir vətəndaşlığı olmayan qanuni oğru həbs edildi - Foto
- Nurani bu nazirlə sinif yoldaşı olub - Foto