Qazaxıstanda seçkilər: "Ekzit-poll" nəticələri açıqlandı

00:12 - 24 Avqust 2026 - GÜNDƏM

 Qazaxıstanda seçkilər:

Qazaxıstanda Qurultay seçkiləri üzrə “ekzit poll”un nəticələri açıqlanıb.

BUTA.TV Azərtac-a istinadla xəbər verir ki, “Xabar” agentliyinin sifarişi ilə Avrasiya İnteqrasiyası İnstitutunun keçirdiyi sorğunun nəticələrinə əsasən, “Ədalət” partiyası 71,8 faiz, “Auıl” partiyası 6,4 faiz, “Respublika” 5,4 faiz, Ümummilli Sosial-Demokrat Partiyası 5,2 faiz, Qazaxıstan Demokratik Partiyası “Aq Jol” isə 5,1 faiz səs toplayıb.

Qazaxıstan Xalq Partiyası 3 faiz, Qazaxıstan Yaşıllar Partiyası “Baytak” 1 faiz səs qazanıb. Sorğu iştirakçılarının 1 faizi isə hamısının əleyhinə səs verib.

Qurultayda təmsil olunmaq üçün siyasi partiyalar ən azı 5 faiz səs toplamalıdırlar.

Xatırladaq ki, bu gün Qazaxıstanda ölkənin yeni birpalatalı parlamenti - Qurultayın deputatlarının ilk seçkiləri keçirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol