Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinə sədr müavini təyin edilib.
“BUTA.TV” “Unikal”a istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin imzaladığı Əmrlə bu vəzifəyə Paşayev Hüseyn Ələsgər oğlu gətirilib.
Yeni sədr müavini təyin edilən Hüseyn Paşayev mərhum deputat Qənirə Paşayevanın qardaşıdır.
H.Paşayev bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktoru idi.
Qeyd edək ki, Qənirə Paşayeva 2023-cü ilin sentyabrın 23-ü səhhətində yaranmış ciddi problemlərlə əlaqədar Mərkəzi Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Q.Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən bütün zəruri tədbirlər görülüb. O, sentyabrın 28-i 48 yaşında vəfat edib və bir gün sonra İkinci Fəxri xiyabanda dəfn olunub.
- Biz neft sata bilməsək, heç kim sata bilməyəcək – Qalibaf
- Qənirə Paşayevanın qardaşı yeni vəzifəyə təyin edildi
- Fidan Darla danışdı
- Nepala nə qədər zərər dəyib? – Nazir açıqladı
- 1647-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Abşeronda qəribə qəza - Qadın öldü, yeniyetmə sürücü qaçdı - Video
- İranda Trampı şizofren adlandırdılar
- Heç vaxt Epşteyn adasına getməmişəm – Qeyts