Biz neft sata bilməsək, heç kim sata bilməyəcək – Qalibaf

18:03 - 28 Avqust 2026 - GÜNDƏM

 Biz neft sata bilməsək, heç kim sata bilməyəcək – Qalibaf

ABŞ-ın İranın neft ixracını bloklamaq cəhdlərinə qarşı müharibə tənliyi aydındır: ya hamı, ya da heç kim.

BUTA.TV xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf deyib.

“Neft sata bilmədiyimiz yerdə başqa heç kim neft sata bilməyəcək. İranın infrastrukturu təhlükəsiz olmadığı müddətdə heç bir infrastruktur təhlükəsiz olmayacaq.

Hörmüz boğazının təhlükəsizliyi bölgədə Amerika qüvvələrinin olmamasından asılıdır. Biz dəfələrlə demişik ki, Hörmüz boğazı əvvəlki vəziyyətinə qayıtmayacaq”, - o bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol