Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Qırğızıstanın birinci xanımı Ayqul Japarova, Türkiyənin birinci xanımı Əminə Ərdoğan, Özbəkistanın birinci xanımı Ziroat Mirziyoyeva və Çinin birinci xanımı Pen Liyuan ilə birlikdə Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub.
“BUTA.TV” xəbər verir ki, Qırğızıstanın birinci xanımı Ayqul Japarova Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı və digər birinci xanımları qarşılayıb.
“Ala-Arça” Dövlət iqamətgahında təşkil edilən mədəni proqram çərçivəsində birinci xanımlar Qırğızıstanın xalq dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Ekspozisiya fəxri qonaqları qırğız xalqının zəngin mədəni irsi, özünəməxsus ənənələri, əsrlər boyu formalaşmış sənətkarlığı və milli koloriti ilə tanış edir.
Sərgidə, həmçinin keçədən hazırlanmış məmulatlar, ənənəvi məişət əşyaları, xalq sənətkarlarının əsərləri və qırğız dekorativ-tətbiqi sənətinin müxtəlifliyini əks etdirən digər əl işləri təqdim olunur.
Qonaqlar üçün konsert proqramı hazırlanıb. Yaradıcılıq kollektivləri və ifaçılar milli mədəniyyətin gözəlliyini, ənənələrin zənginliyini, qırğız xalqının qonaqpərvərliyini əks etdirən musiqi və rəqs nömrələri təqdim ediblər.




















- Putin və Ərdoğan Bişkekdə görüşdülər
- Rusiya Ermənistanda bütün öhdəliklərini yerinə yetirir
- İranın son hücumunda ABŞ bu qədər “Patriot” istifadə edib
- ABŞ bu ölkəyə 800 milyonluq silah satışını təsdiqlədi
- Ukraynaya fasiləsiz dəstək verməliyik - Tusk
- İran rejimi xalqa əhəmiyyət vermir - Uolts
- Paşinyandan Azərbaycanla münasibətlərə dair - Açıqlama
- Putin və Pezeşkian görüşdü