Bessent rus nazirə xəbərdarlıq etdi: Razılaşma olmayacaq

15:30 - 1 Sentyabr 2026 - GÜNDƏM

 Bessent rus nazirə xəbərdarlıq etdi: Razılaşma olmayacaq

ABŞ-ın maliyyə naziri Skott Bessent rusiyalı həmkarı Anton Siluanova bildirib ki, Vaşinqtonla Moskva arasında razılaşmaların əldə olunması Ukraynadakı münaqişə başa çatmadan mümkün deyil.

BUTA.TV xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadla məlumat yayıb.

“Bundan əlavə, o, Vaşinqtonun Ukraynada münaqişə nizamlanana qədər Moskvaya qarşı sanksiyaları yumşaltmaq niyyətində olmadığını vurğulayıb”, - mənbə bildirib.

Qeyd edək ki, Anton Siluanov Şimali Karolinanın Eşvill şəhərində keçirilən G20 nazirlər toplantısı çərçivəsində Skott Bessentlə görüş keçirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol