Rusiya səfiri Almaniya XİN-ə çağırıldı

22:30 - 1 Sentyabr 2026 - GÜNDƏM

 Rusiya səfiri Almaniya XİN-ə çağırıldı

Rusiyanın Berlindəki səfiri Sergey Neçayev avqustun əvvəlində Leypsiq/Halle hava limanında aşkar edilmiş pilotsuz uçuş aparatı (PUA) ilə bağlı insidentdən sonra Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vadeful Berlində keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Almaniya hakimiyyəti Rusiyanı Leypsiqdəki hibrid hücumun təqsirkarı hesab edir. Vadeful həmçinin Rusiyaya qarşı bir sıra tədbirlərin hazırlandığını bildirib.

"Federal hökumət bu barədə Rusiyaya lazımi formada məlumat verir. Buna görə də mən Rusiya səfirinin çağırılması barədə göstəriş verdim", - Almaniyanın XİN rəhbəri deyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol