41 yaşlı yeni sədr kimdir?

14:32 - 7 Sentyabr 2026 - GÜNDƏM

 41 yaşlı yeni sədr kimdir?

Xəbər verdiyimiz kimi, 41 yaşlı Osman İsmayıl oğlu Xaliyev İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilib.

BUTA.TV” xəbər verir ki, O.Xaliyev 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi kibernetika” ixtisası üzrə bakalavr, 2010-cu ildə isə “İdarəetmənin informasiya texnologiyası” üzrə magistratura pilləsini bitirib.

2012-2014-cü illərdə ABŞ-nin Brandeis Universitetində MBA ixtisası üzrə təhsil alıb. O. Xaliyev 2010-2012-ci illərdə “Access Bank” QSC-də əməliyyatlar üzrə mütəxəssis olaraq fəaliyyət göstərib.

2014-2015-ci illərdə ABŞ-nin Boston şəhərində yerləşən “Global Atlantic Partners LLC” şirkətində məsləhətçi vəzifəsində çalışıb. 2016-2020-ci illərdə kənd təsərrüfatı və qida sənayesi sahələrində fəaliyyət göstərən bir sıra şirkətlərdə biznesin inkişafı üzrə menecer və direktor vəzifələrini icra edib.

O.Xaliyev 2020-ci ilin noyabrında Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müşaviri, 2021-ci ilin iyun ayının 1-dən isə sədrin müavini vəzifəsini icra edib. 2022-ci il noyabrın 15-də Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri təyin edilib.

Ailəlidir, 1 övladı var.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol