Uitkoff və Kuşnerlə yanaşı, Moskvaya o da gedib - KİV

12:42 - 6 Sentyabr 2026 - GÜNDƏM

 Uitkoff və Kuşnerlə yanaşı, Moskvaya o da gedib - KİV

ABŞ Maliyyə Nazirliyinin Sanksiyalar şöbəsinin direktoru vəzifəsini icra edən Cin Lanq Trampın nümayəndələri ilə Rusiya tərəfi arasında keçirilən hazırlıq görüşündə iştirak edib.

BUTA.TV xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

“Lenqin iştirakı göstərir ki, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları tərəflərin müzakirələrinin bir hissəsi olub.

Lenq çox güman ki, Putinin nümayəndəsi Kirill Dmitriyevlə işgüzar naharda iştirak edib. O, Putinlə birbaşa görüşdə iştirak etməyib”, - nəşr bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol