Hindistanın paytaxtı Yeni Dehlidə "Hostel Days" yataqxana binasının uçması nəticəsində üç nəfər ölüb, onlarla insan dağıntılar altında qalmış ola bilər.
BUTA.TV xəbər verir ki, bu barədə "İndia Tudey" məlumat yayıb.
Beşmərtəbəli bina Dehli Universiteti kampusunun yaxınlığında yerləşən özəl tələbə yataqxanaları ilə tanınan, əhalinin sıx məskunlaşdığı Satya-Niketan ərazisində yerləşib. Binanın uçması zamanı zirzəmidə təmir işləri aparılırmış.
Yanğınsöndürənlərin məlumatına görə, daha iki insan ağır yaralanıb, altı nəfər isə xilas edilib. 30-40 nəfərin dağıntılar altında qaldığı güman edilir.
"Dağıntılar altında qalan və ya yaralanmış insanların dəqiq sayı hazırda məlum deyil. Əlavə məlumatlar təsdiqləndikcə açıqlanacaq", - Dehli polisinin açıqlamasında deyilir.
- Husi Səudiyyəyə məxsus PUA-nı məhv etdi
- İran uzun illər sonra bu qadağanı ləğv etdi
- Türkiyə ilə əsas mübahisəli məsələ... - Nazir
- Bakıda leysan, bölgələrdə şimşək və dolu... - Xəbərdarlıq
- Hindistanda yataqxana binası uçdu: ölənlər var
- İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır
- İsrail ordusu qəfil təlimlərə başladı
- Hörmüzdən gündəlik neft daşımaları 9 milyon bareli ötdü