Rus hərbçilərinin “Qeran-4” və “Qeran-5” tipli reaktiv dronları 5–7 kilometr yüksəklikdə uçur və bəzi hava hücumundan müdafiə vasitələri üçün onları zərərsizləşdirmək mümkünsüzdür.
BUTA.TV xəbər verir ki, bu barədə "Defense Ekspress" məlumat yayıb.
"Ənənəvi olaraq hava hücumundan müdafiəni yarmaq üçün aşağı hündürlükdə uçuşdan istifadə olunur. Lakin rəqib bəzən reaktiv dronların radar stansiyalarında yaxşı və sabit şəkildə göründüyü yüksək hündürlükdə uçuş marşrutlarını seçir.
2022-ci ildən etibarən Ukrayna məhz aşağı hündürlükdə uçan hədəflərlə mübarizə vasitələrini gücləndirib və inkişaf etdirib. “Şahid” 100–200 metr hündürlükdə uçarsa, ona qarşı pulemyotlarla silahlanmış mobil atəş qrupları effektiv mübarizə apara bilir.
Hətta düşmən pərli dronları 1–2 kilometr yüksəkliyə qaldırsa belə, onlara qarşı zenit dronları və zenit artilleriyası effektiv şəkildə istifadə olunurdu. Bundan əlavə, 7 kilometr yüksəklikdə olan hədəfləri bütün növ daşınan zenit-raket kompleksləri və bu raketlərdən istifadə edən yerüstü sistemlərlə vurmaq mümkün deyil. Məsələn, Amerikanın “Stinger” sistemi 3,5 kilometrədək, Polşanın “Piorun” sistemi 4 kilometrədək, ən uzaqmənzilli Fransanın “Mistral 3” sistemi isə 6 kilometrədək yüksəklikdəki uçuş aparatlarını vura bilir",- məlumatda deyilib.
- Zelenski: Donbas - sağ qalmaq uğrunda müharibədir
- Sağ qalan 5 veterandan biri vəfat etdi
- Rusiya çıxılmaz vəziyyətdə: Bu ölkəyə zərbə endirilə bilər
- Rejim narahatdır: İranda yenidən etirazlar başlaya bilər
- İndi də Ayı ABŞ-yə məxsus hesab edir - Foto
- Ukraynanın bu Rusiya dronlarını vurması mümkünsüzdür
- Müharibəyə səbəb Putindir, aradan qaldırılmalıdır - Diplomat
- Koxalski danışdı: Getməyim üçün yaxşı zamandır!