Misirin məşhur aparıcısı edama məhkum edildi

12:00 - 6 Sentyabr 2026 - GÜNDƏM

 Misirin məşhur aparıcısı edama məhkum edildi

Misir məhkəməsi tanınmış televiziya aparıcısı Sara Xalifa və daha 11 təqsirləndirilən şəxsə narkotik istehsalı və qaçaqmalçılığı ittihamı ilə ölüm hökmü çıxarıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Əl-Əhram” telekanalı məlumat yayıb.

Məlumata görə, təqsirləndirilən şəxslər narkotik istehsalı üçün xammal alınması ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat yaratmaqda ittiham olunublar.

İstintaq zamanı 750 kq-dan çox narkotik maddə və onların istehsalı üçün xammal müsadirə edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları həmçinin narkotik laboratoriyalarına çevrilmiş iki mənzil və lisenziyasız silah və sursat arsenalını aşkar ediblər.

Qeyd edək ki, Xalifa ötən ilin aprelində Qahirədə saxlanılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol