Donbasda saxlanılan mövqelər bir çox məsələdə Ukraynanın forpostudur.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə ABŞ Prezidentinin xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoff ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
"Donbasda yaşayan və ya məcburən oradan köçmüş vətəndaşlarımıza bütün hörmətimizlə yanaşaraq qeyd edirəm ki, Donbas məsələsi yalnız Donbasın məsələsi deyil. Məncə, bu, müharibə məsələsidir həm sağ qalmaq, həm də qarşı tərəfi tükətmək uğrunda aparılan müharibə. Bu, həmçinin Rusiya tərəfinin qarşısına qoyduğu məqsəd olan ərazi məsələsidir. Və yeri gəlmişkən, aydındır ki, Donbas bir çox məsələlərdə Ukraynanın forpostudur. Ukrayna döyüş meydanında, xüsusilə də şərq istiqamətində mövqelərini möhkəmləndirib. Orada düşmən fəaldır. Orada onun canlı qüvvəsinin sayı artırılıb.
Fikrimcə, məhz orada Rusiyada seçkilərdən sonra yalnız bu istiqamət üçün səfərbərlik elan ediləcək", - deyə Zelenski bildirib.
- Ukraynada Kuşner və Uitkoff üçün türk yeməkləri hazırlandı
- Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi
- 1657-ci gün: Rusiyanın itkiləri yeniləndi
- Zelenski: Donbas - sağ qalmaq uğrunda müharibədir
- Sağ qalan 5 veterandan biri vəfat etdi
- Rusiya çıxılmaz vəziyyətdə: Bu ölkəyə zərbə endirilə bilər
- Rejim narahatdır: İranda yenidən etirazlar başlaya bilər
- İndi də Ayı ABŞ-yə məxsus hesab edir - Foto