Rusiya Silahlı Qüvvələri “Molniya-2” PUA-ları vasitəsilə Ukrayna hərbçilərinin mövqelərinə təslim olmaq təklifi əks olunan vərəqələr atmağa başlayıb.
“BUTA.TV” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi rəsmi teleqram kanalında məlumat yayıb.
Nazirlikdən bildirilib ki, “Mərkəz” qoşun qruplaşmasının PUA bölmələri düşmən səngərlərinə vərəqələr atmaqla Ukrayna Silahlı Qüvvələrinin (USQ) hərbçilərinə könüllü şəkildə təslim olmağı təklif edirlər.
Yayımlanan videoda rusiyalı hərbçi bu əməliyyatların Donetsk vilayətinin Dobropolye qəsəbəsi istiqamətində həyata keçirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, ukraynalı əsgərlər bu çağırışlara reaksiya verirlər və könüllü təslim olma halları artıq kütləvi xarakter almağa başlayıb.
- Türkiyənin kurort zonasında meşə yanğını oldu
- Uitkoff və Kuşner avropalılarla da görüşəcək - Zelenski
- Ukrayna Rostovda hərbi aerodromu vurdu
- Azərbaycanda bu maşınlara tələbat artdı - Video
- İran iqtisadi müharibə qərargahı yaratdı
- Kiprdə gəmi qəzasında ölənlərin sayı artdı
- Ermənistanın başqa bazarlara yönəlməsi… - Overçuk
- Ukrayna ordusuna təslim olmağı təklif etdilər - Video