ABŞ Ukrayna ilə bağlı cəhdlərini yenidən bərpa etdi

13:57 - 6 Sentyabr 2026 - GÜNDƏM

 ABŞ Ukrayna ilə bağlı cəhdlərini yenidən bərpa etdi

ABŞ Rusiya ilə Ukrayna arasındakı münaqişənin həlli istiqamətində cəhdlərini yenidən bərpa edib.

BUTA.TV xəbər verir ki, bu barədə “The American Conservative” (TAC) ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşnerin Moskvaya səfəri ilə bağlı bildirib.

“Ötən həftə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Moskvaya etdiyi qeyri-adi səfərdən sonra baş tutan bu səfər göstərir ki, Tramp administrasiyası bir neçə aylıq nisbi diplomatik durğunluqdan sonra atəşkəsə nail olmaq səylərini yenidən bərpa edir”, – nəşr yazıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol