Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ŞƏT sammitində Ermənistanın Baş naziri Nikol Paşinyanın erməni dilində çıxışı zamanı onun nitqinin rus dilinə tərcüməsinin təmin olunub-olunmayacağı barədə düşünüb.
BUTA.TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Rus dilində tərcüməni eşitmək üçün taxılan qulaqcığın harada olduğunu, çıxışın rus dilinə tərcümə edilib-edilməyəcəyini və erməni dilindən rus dilinə tərcüməçinin olub-olmayacağı barədə düşünürdüm. Tərcümə baş tutdu. Paşinyanın erməni dilində çıxışı Ermənistanın suverenliyini vurğulamaq istəyinin siqnalı oldu. Düzünü desək, bunun nə üçün rus dilində bəyan edilə bilmədiyini anlamadıq. Lakin bu, dövlət başçısının seçimidir və biz onun seçiminə hörmətlə yanaşırıq",- o bildirib.
Qeyd edək ki, Paşinyan Bişkekdə keçirilən “ŞƏT+” iclasında ilk dəfə erməni dilində çıxış edib.
- Tezliklə üçtərəfli görüş elan oluna bilər - Uitkoff
- Xarkovda partlayış baş verdi
- Koxalski “Qarabağ”dan ayrılır - Azarkeşlərlə sağollaşdı
- Nepalda təbii fəlakət: ölənlərin sayı 1344-ə çatdı
- Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi
- Qışa qədər sülh sazişi imzalanacaq? - Kuşner
- Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto
- Ukrayna ilə bağlı ciddi irəliləyiş əldə edildi - Uitkoff