Putin Paşinyanı Moskvaya çağırdı – Peskov

15:51 - 7 Sentyabr 2026 - GÜNDƏM

 Putin Paşinyanı Moskvaya çağırdı – Peskov

Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın gələcəkdə Moskvaya səfər etməsi barədə razılıq əldə edilib.

BUTA.TV xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Paşinyanı Moskvaya dəvət edən Rusiya Prezidenti Vladimir Putin olub. Paşinyan dəvəti qəbul edib və tezliklə gələcəyini bildirib”, - deyə Peskov əlavə edib.

Peskov qeyd edib ki, səfərin dəqiq tarixi dövlət başçılarının iş qrafikləri nəzərə alınmaqla diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol