Üzgüçülük üzrə “İpək Yolu” Dünya Kubokunun “Bakı 2026” mərhələsinə - Biletlər satışda

16:05 - 7 Sentyabr 2026 - GÜNDƏM

 Üzgüçülük üzrə “İpək Yolu” Dünya Kubokunun “Bakı 2026” mərhələsinə - Biletlər satışda

Üzgüçülük üzrə “İpək Yolu” (The Silk Road Tour) Dünya Kubokunun “Bakı 2026” mərhələsi üçün biletlər satışa çıxarılıb.

BUTA.TV” xəbər verir ki, yarış 1-3 oktyabr tarixlərində Su İdmanı Sarayında keçiriləcək.

Dünya Kubokunun Bakı mərhələsində planetin ən güclü üzgüçüləri bir araya gələrək müxtəlif məsafələr üzrə mübarizə aparacaqlar. Azarkeşlər Kemeron Makevoy, Hayyan Sin və Şivon Hogi kimi dünyanın aparıcı üzgüçülərinin çıxışlarını canlı izləmək imkanı əldə edəcəklər.

Giriş biletləri həm QR formatında, həm də kağız versiyada təqdim olunur. Kağız biletləri şəhərdə fəaliyyət göstərən kassalardan əldə etmək mümkündür. QR formatında olan biletlər isə yarışların keçiriləcəyi gün aktivləşdiriləcək. QR biletlərdən istifadə etmək üçün iTicket.az mobil tətbiqində şəxsi hesaba daxil olmaq tələb olunur.

Üzgüçülük üzrə “İpək Yolu” Dünya Kubokunun “Bakı 2026” mərhələsində həyəcan dolu mübarizəni canlı izləmək üçün biletlərinizi indidən əldə edin!

LİNK https://shorturl.at/KjeFx
Biletlərin onlayn satışı – iTicket.AZ


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol