Biri 13, digəri 12 il müddətinə həbs edildi

16:49 - 7 Sentyabr 2026 - GÜNDƏM

 Biri 13, digəri 12 il müddətinə həbs edildi

Hüquq müdafiəçisi Anar Məmmədli və ictimai fəal Anar Abdullanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

BUTA.TV” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Təqsirləndirilən şəxslər cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasında, qanunsuz sahibkarlıq, xüsusilə külli miqdarda qaçaqmalçılıq, vergiləri ödəməkdən yayınma və rəsmi sənədləri saxtakarlaşdırmaqda təqsirli bilinib.

Hökmə əsasən, Anar Məmmədli 13, Anar Abdulla isə 12 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən iclasda prokuror Anar Məmmədlinin 14, Anar Abdullanın isə 13 il azadlıqdan məhrum edilməsini tələb edib.

Sail Ağasəlim


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol