Gəncə şəhərində 4 mərtəbəli binada yanğın olub, yaxınlıqdakı mənzillərdə yaşayanlar təxliyə olunub.
BUTA.TV Report-a istinadən xəbər verir ki, şəhər ərazisində 4 mərtəbəli binanın 4-cü mərtəbəsində, 1978-ci il təvəllüdlü Rizvan Əliyevə məxsus mənzilin mətbəxində yanğın olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Yanğından Mühafizə İdarəsinin 5 yanğınsöndürən maşını və canlı qüvvələri cəlb olunub.
Yanğın söndürülüb və ətrafa yayılmasının qarşısı alınıb.
Təhlükəsizlik nəzərə alınaraq yanğının olduğu mənzilə yaxın yaşayan sakinlər təxliyə olunub.
Hadisə nəticəsində xəsarət alan yoxdur. Yanğının başvermə səbəbləri araşdırılır.
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur