Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu əfsanəvi braziliyalı futbolçu Pelenin dəfn mərasimində iştirak edəcək.
BUTA.TV xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Braziliyanın yeni seçilmiş prezidenti Luiz İnasio Lula da Silvanın andiçmə mərasimində ölkəni təmsil edəcək nazir M.Çavuşoğluna dəfn mərasimində iştirak etməyi tapşırıb.
Qeyd edək ki, yanvarın 2-də Pelenin cənazəsi vəfat etdiyi xəstəxanadan "Santos" klubunun stadionuna aparılacaq. Vida tədbiri yerli vaxtla saat 10:00-da başlayacaq və bir gün davam edəcək. Mərasim ictimaiyyət üçün açıq olacaq. Lakin iştirak etmək istəyənlərin tabuta yaxınlaşması qadağan ediləcək. Əfsanəvi futbolçu yanvarın 3-də dəfn olunacaq.
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur