İran Prezidenti İbrahim Rəisi yaxın həftələrdə Türkiyəyə səfər edə bilər.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın deyib.
O bildirib ki, belə bir səfər hazırlanırdı, ancaq onu təxirə salan bəzi səbəblər oldu:
“İndi protokollar üzrə danışıqlar aparılır, düşünürəm ki, səfər yaxın həftələrdə həyata keçiriləcək, hələlik konkret təqvim yoxdur”.
Kalın Bakı kimi Ankaranın da İranın bəzi bəyanatlarından narahat olduğunu vurğulayıb:
“Bu baxımdan üçtərəfli formatda danışıqlar bütün bu məsələləri həll edə bilər".
- Məktəbi 8 gün əvvəl bitirmişdi - Meyiti tapıldı
- Almaniya möhtəşəm geridönüşlə pley-off-da - Video-Yenilənib
- Azərbaycanda siqaret istehsalı kəskin artdı
- Qurban Qurbanov təsdiqlədi - Onlar gedə bilər
- İsveç fərqi azaltdı - Yenilənir
- Netanyahu Livanla bağlı əmr verdi
- Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir
- İran Hörmüzü bağladı