Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2022-ci ilin ən yaxşı futbolçusunu açıqlayıb.
BUTA.TV xəbər verir ki, bu ada Argentina millisinin və Fransa PSJ-sinin hücumçusu Lionel Messi layiq görülüb. 36 yaşlı forvard 275 xalla bütün rəqiblərini geridə qoyub.
İkinci yeri Messinin Paris təmsilçisindən komanda yoldaşı olan Kilian Mbappe (35 xal) tutub. İlk üçlüyü 30 xalla "Real Madrid"in hücumçusu Kərim Benzema tamamlayıb.
Onun "kral klubu"ndan komanda yoldaşı olan xorvatiyalı Luka Modriç (15 xal) 4-cü, İngiltərənin "Mançester Siti" klubunun norveçli hücumçusu Erlinq Holan (5 xal) isə 5-ci olub.
Qeyd edək ki, Lionel Messi ötən il millinin heyətində dünya çempionluğunu qazanıb.
- Məktəbi 8 gün əvvəl bitirmişdi - Meyiti tapıldı
- Almaniya möhtəşəm geridönüşlə pley-off-da - Video-Yenilənib
- Azərbaycanda siqaret istehsalı kəskin artdı
- Qurban Qurbanov təsdiqlədi - Onlar gedə bilər
- İsveç fərqi azaltdı - Yenilənir
- Netanyahu Livanla bağlı əmr verdi
- Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir
- İran Hörmüzü bağladı