Nikol Paşinyan polisə Ermənistanın Gümrü şəhərində Rusiya hərbi bazası yaxınlığında keçirilən aksiyada iştirak edənləri həbs etmək əmri verməklə Kremlə göstərmək istəyib ki, guya onun bu aksiya ilə əlaqəsi yoxdur. Ancaq Kreml və onun Ermənistandakı əlaltısı olan “Qarabağ klanı” fərqli düşünür.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ötən gün Gümrüdəki Rusiya hərbi bazasının önündə Milli Demokratik Qütb hərəkatının etiraz aksiyası keçirməsi və Putinin ünvanına təhqirlər səsləndirməsi haqda qeyd edib.
Onun sözlərinə görə, “Qarabağ klanı” simasında müxalif siyasətçilər açıq bildiriblər ki, Rusiyanın hərbi bazası qarşısında aksiyanı birbaşa Paşinyan təşkil etməsə də, Ermənistanın baş naziri etiraza şərait yaradıb:
“Bunda həqiqət payı var. Birincisi, Paşinyan istəsəydi, etirazın qarşısını etirazçılar hərbi bazaya yürüşə başlayarkən ala bilərdi. İkincisi, Paşinyan Rusiya hərbi kontingentinin Laçın yolunu açmamasından narazıdır. Ötən gün də Gümrüyə gedən erməni etirazçılar Rusiya hərbi bazasını mühasirəyə almağa cəhd ediblər. Sanki Paşinyan Moskvaya demək istəyib ki, “biz də sizin yolunuzu bağlaya bilərik”. Üçüncüsü, Gümrü hərbi bazasının qarşısındakı şüarlarda Rusiya və Kreml sahibi Vladimir Putin əleyhinə aşağılayıcı şüarlar səsləndirib. “Rusiya Türkiyə və Azərbaycanın müttəfiqidir!”, “Ar olsun belə müttəfiqə!”, “KTMT-yə yox!” bağıran etirazçılar Paşinyanın düşündüyünü dilə gətiriblər.
Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
Rusiyadakı siyasi dairələr Nikol Paşinyanın ABŞ və Fransa ilə daha da yaxınlaşmaq üçün Rusiya əleyhinə bəhanə axtarmasından şübhəlidirlər. Növbə Kremlindir, Rusiyadakı dairələrin Nikol Paşinyanı cəzalandırmağın yeni üsulları barədə düşündüklərini ehtimal etmək olar. Kremlin Rusiya hərbi kontingentinin Qarabağdakı səlahiyyətlərini tədricən Azərbaycan Ordusuna təhvil verməsi Paşinyana ən ağır zərbə olar”.
- 70 kq qızılla saxlanılan azərbaycanlı diplomatdır?
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
- Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik…
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi