Qış aylarında respirator viruslara yoluxma hallarının artması ənənəvi haldır. Hər il əhalinin təxminən 5-15%-i influenza virusuna yoluxur, bu isə öz növbəsində dünya miqyasında 3-5 milyon kəskin qrip xəstəliyi və 650 min ölüm halı ilə nəticələnir.
Bu sözləri BUTA.TV-a açıqlamasında TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.
O bildirib ki, 2022-2023-cü il qış mövsümü üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionunda 21 noyabrdan etibarən influenza epidemiyası elan olunub:
“İnfluenza el arasında mövsümi qrip olaraq tanınan xəstəlikdir. Xəstəlik özünü qızdırma, burun axması, baş və boğaz ağrıları, yorğunluq, quru öskürək kimi simptomlarla büruzə verir və adətən simptomatik müalicə olunur. Xəstələrə izolyasiya qaydalarına əməl etmələri, vəziyyətləri kəskinləşdikdə həkimə müraciət etmələri tövsiyə olunur. Həssas qrupa daxil olan şəxslər isə (hamilə qadınlar, uşaqlar, xroniki xəstəliyi olanlar, yaşlılar) dərhal həkimə müraciət etməli və nəzarətdə olmalıdırlar”.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
N.Mustafayeva influenza virusuna qarşı effektivliyi sübuta yetirilən vaksinlərin olduğunu qeyd edib:
“Vaksinasiya ilə yüksək risk qrupuna daxil olan şəxslərdə ağırlaşma və ölüm hallarının qarşısını almaq mümkündür.
2022-2023-cü il qış mövsümündə influenza ilə paralel olaraq RSV və COVID-19 virusuna yoluxma hallarının da artması nəzərə çarpıb. 1 dekabr 2022-ci ildə ÜST tərəfindən yayımlanan bəyanatda əhaliyə qrip və COVID-19 viruslarına qarşı vaksinasiya olunmaq, şəxsi gigiyena və izolyasiya qaydalarına əməl etmək tövsiyə olunub. Bununla siz, səhiyyə xidmətlərinin və işçilərinin yüklənməsinin qarşısının alınmasına və keyfiyyətli tibbi xidmətin əlçatanlığının qorunub saxlanılmasına öz töhvənizi verə bilərsiniz”.
Mütəxəssisin sözlərinə görə, hazırda dövlət tibb müəssisələrində influenza virusuna qarşı vaksinasiya aparılır. İstəyən şəxslər vaksin üçün qeydiyyatda olduqları tibb müəssisələrinə müraciət edə bilərlər.
- COP29-da mühüm razılıq əldə olundu
- 70 kq qızılla saxlanılan diplomatın kimliyi bilindi
- Taksist qonağı hava limanından 139 manata gətirdi - DİN işə qarışdı
- Bakıda COP29 keçirilir, buna görə də… - Paşinyan
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi