Əgər Azərbaycan vətəndaşı olmayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs vətəndaşlıq almaq üçün müraciət etmək istəyirsə, o, qanuni əsaslarla fasiləsiz şəkildə 7 ildən artıq Azərbaycanda yaşamalıdır. Əvvəl müvəqqəti, sonra 5 illik müddətində daimi yaşama icazəsi almalıdır. İkinci 5 illik yaşama icazəsi alandan sonra isə həmin şəxs vətəndaşlıq üçün müraciət edə bilər.
Bu barədə BUTA.TV-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Azərbaycan vətəndaşlığı almaq üçün hansı addımlar atmalı olduğunu soruşan erməni haqda isə Dövlət Miqrasiya Xidmətindən bildirilib:
“Adi şəxslərdə bu, yuxarıda qeyd olunan kimi olsa da, bu şəxsin məsələsi fərdi yanaşma tələb edir. Vəziyyəti nəzərə alsaq, onun vətəndaşlıq üçün müraciət etmək hüququ var. İcazə verildiyi təqdirdə, onun məsələsinə baxılacaq. Bu da qanunda nəzərdə tutulmayan istisna haldır”.
Qeyd edək ki, istefada olan polkovnik Üzeyir Cəfərov canlı yayımda olarkən Qarabağda yaşayan erməni əsilli şəxs Lusiya İvanyan Azərbaycan vətəndaşlığı almaq üçün hara müraciət edə biləcəyini soruşub.
- Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Foto
- Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi
- İrəvan niyə Minsk qrupunu saxlamaqda israr edir? - Bayramov
- Bayramov Çavuşoğlunun atasının vəfatına görə Türkiyədə - Foto
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?