Paşinyan KTMT-də vəziyyəti gərginləşdirir. İrəvanın Ermənistan ərazisində KTMT təlimləri keçirməkdən imtina etməsi onun çoxvektorlu siyasəti və Moskvaya qarşı qərəzli iddialarından irəli gəlir.
Bu fikirləri BUTA.TV-a açıqlamasında rusiyalı politoloq, Cənubi Qafqaz üzrə ekspert Andrey Areşev deyib.
“Son vaxtlar Ermənistan getdikcə daha çox Qərbə meyil edir. Təbii ki, bu həm də KTMT çərçivəsində hərbi-siyasi əməkdaşlığı korlamağa yönəlmiş xarici qüvvələrin müəyyən təsiri ilə bağlıdır. Bir ildən artıqdır ki, bu cür səylər edilir, lakin Ukraynada xüsusi hərbi əməliyyatın başlaması ilə onlar fərqli keyfiyyət miqyası alıblar”, - deyə Areşev bildirib.
Onun sözlərinə görə, fakt odur ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın səyləri də daxil olmaqla, KTMT-də vəziyyət tədricən gərginləşir:
“Moskva və Rusiyanın iri dövlət şirkətləri Ermənistan bazarının fəal iştirakçılarıdır və Ermənistan respublika iqtisadiyyatının əsas sektorlarında böyük paya malikdirlər. Düşünürəm ki, Ermənistan rəhbərliyinin bu barədə düşünməsi və çıxılmaz vəziyyətdən çıxış yolları axtarmağa başlamasının vaxtı çatıb. Əks təqdirdə hər şey İrəvan üçün açınacaqlı olacaq”, - deyə o qeyd edib.
- Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi?
- Səfirimizin katibəsindən qeyri-qanuni uşağı var? - Foto
- Kelloq Umerovla görüşdü
- ABŞ və Ermənistan Zəngəzur dəhlizini müzakirə etdi
- Netanyahu açıq şəkildə elan etdi, işğal edəcək: Bəs, necə?
- Kirk simvola çevriləcək, qarşıdurma artacaq
- Bakı ilə İrəvan arasında müqavilə bitən kimi... - Fidan
- Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi