Tofiq Yaqublu 11 yanvar 2022-ci ildə saat 17:29-da Binəqədi Tibb Mərkəzinin Təcili yardım şöbəsinə qəbul olunub. Daxil olarkən şikayətləri baş ağrısı, baş gicəllənmə və halsızlıq olub. Hazırda vəziyyəti stabildir.
Bu barədə BUTA.TV-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Obyektiv müayinədə arterial təzyiqi 135/80-ə, nəbzi 118, SPO2 98 % qeyd edilib. 12 yanvar 2023-cü il saat 11:20-də Binəqədi Tibb Mərkəzinin Təcili Yardım şöbəsindən daha ətraflı müayinə və müalicə üçün xəstəxananın Terapiya şöbəsinə köçürülüb.
T.Yaqubluya terapevt və nevropatoloqun birgə baxışı keçirilib, müvafiq müalicə təyin olunub. Xəstə təyin olunmuş bütün dərman vasitələrindən imtina edir. Hazırda vəziyyəti stabildir", - məlumatda deyilir.
- 700 bal toplayan abituriyent: Həm telefonum olub, həm də...
- Bu gün Azərbaycanda Aşuradır
- “Bu səhvim məni 700 baldan ayırdı” - Ölkə birincisi
- Sabah Bakının bu rayonlarında işıq olmayacaq
- Günün səbəbkarlarını - Tanıyaq!+Fotolar
- Məmurların kabinetdə çəkilən kadrlarını - Bütün İraq danışır
- Bu şəxslərin imtahan nəticələri ləğv edildi
- Bu qrup üzrə bir abituriyent 700 bal topladı