Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyənin paytaxtı Ankarada Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Komissarı (Ombudsman) Dmitro Lubinets ilə görüşüb.
Bu barədə BUTA.TV-a Ombudsman Aparatından məlumat verilib.
Görüş zamanı iki ölkənin ombudsman təsisatları arasındakı əməkdaşlıq əlaqələri, mövcud vəziyyətdə insan hüquqlarının effektiv müdafiəsi və təmini sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.
S.Əliyeva hazırda Ukraynada həbsdə olan Azərbaycan Respublikası vətəndaşları Misir Qasımlı və Sübhan Quliyevin hüquqlarının müdafiəsi məsələsini diqqətdə saxlamasını Ukrayna Ombudsmanından xahiş edib.
Hər iki Ombudsman insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar.
Qeyd edək ki, Ukrayna Ombudsmanı konfrans zamanı verdiyi müsahibəsində ukraynalılara humanitar yardımını əsirgəməyən Azərbaycan Respublikasına təşəkkür edib və bu məsələdə Azərbaycan Ombudsmanı Səbinə Əliyevanın mühüm rol oynadığını diqqətə çatdırıb.
- 700 bal toplayan abituriyent: Həm telefonum olub, həm də...
- Bu gün Azərbaycanda Aşuradır
- “Bu səhvim məni 700 baldan ayırdı” - Ölkə birincisi
- Sabah Bakının bu rayonlarında işıq olmayacaq
- Günün səbəbkarlarını - Tanıyaq!+Fotolar
- Məmurların kabinetdə çəkilən kadrlarını - Bütün İraq danışır
- Bu şəxslərin imtahan nəticələri ləğv edildi
- Bu qrup üzrə bir abituriyent 700 bal topladı