İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) “Milk-Pro” MMC-də ona məxsus təsis payını sataraq layihədə iştirakına xitam verib.
BUTA.TV xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.
Xatırladaq ki, AİŞ sözügedən müəssisədə 20 % paya malik olub. Bununla da, şirkətin tamamladığı investisiya layihələrinin sayı “Holcim-Azerbaijan” ASC, “Azərbaycan Duz İstehsalat Birliyi” QSC, “Ağstafa Aqrar-Sənaye Kompleksi” və “Azərtoxum” MMC-lərlə birlikdə 5-ə çatıb.
Hazırda AİŞ “Diamed Co” və “Səba” ASC-lər, “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” QSC, “Azərsun İstehsalat və Logistika Mərkəzi”, “Bakı Gəmiqayırma Zavodu”, “Balacans Agro Food”, “Balkhoorma”, “İnfuzion Məhlulların İstehsalı Zavodu”, “Login International Logistics” MMC-lər olmaqla 9 investisiya layihəsində pay sahibidir.
Müəllimini güllələyən şagird kimlərdən göstəriş alıb? - ŞOK DETALLAR ÜZƏ ÇIXDI
Xatırladaq ki, AİŞ ölkə prezidentinin 30 mart 2006-cı il tarixli, "İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında" sərəncamı ilə yaradılıb. Onun nizamnamə kapitalı 224 milyon manatdır. Şirkətin əsas məqsədi mövcud və yeni kommersiya müəssisələrinə yerli və xarici investorlar cəlb etməklə və öz vəsaiti hesabına müddətli investisiya qoyuluşları vasitəsilə Azərbaycan ərazisində iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsidir.
- Nərgiz Məhəmmədinin həbs müddəti artırıldı
- Azərbaycanlılar milyonlarını harda xərcləyir?
- Son 47 ildə ilk: Xamenei görüşə getmədi
- Telefonunuzu dəyişməsəniz, məlumatlarınız oğurlana bilər
- Həmzəyevin AAYDA-da "ailə podratı"...
- Tıxaca səbəb olan yol təmiri nə zaman bitəcək?
- Müəllimini güllələyən şagird kimlərdən göstəriş alıb? - ŞOK DETALLAR ÜZƏ ÇIXDI
- Epşteyn adasındakı sirr DEŞİFRƏ OLDU: Dəhşətli qətl yazışmaları