Aqil adlı 14 yaşlı yeniyetmənin yaydığı video-müraciətlər ciddi rezonans doğurub.
BUTA.TV xəbər verir ki, Elman Rüstəmovun oğlu olmaqdan xəcalət çəkdiyini bildirən Aqil sabiq baş bankirin ailəsinə təzyiq etdiyini, onları hədələdiyini deyib və dövlət başçısından kömək istəyib.
Aqil birinci müraciətini yaydıqdan sonra Elman Rüstəmovun anasına zəng etdiyini və onu Bakıya gətirməsini tələb etdiyini bildirib.
“Elman Rüstəmov mənim psixoloji problemimin olduğunu deyir və məni psixoloji xəstəxanaya saldırmaq istəyir. Mən bildirirəm ki, tam sağlamam və heç bir psixoloji xəstəliyim yoxdur”.
Aqil ölkə rəhbərliyindən atasının zülm və təzyiqindən qorunmaq üçün kömək istəyib.
Globalinfo.az-a daxil məlumata görə, Elman Rüstəmov artıq Sevinc Rəsulova ilə anlaşıb. O, qadının adına olan əmlakları geri tələb etməyəcəyi haqda söz verib. İndi isə nikahdankənar oğlu Aqil Rəsulovla dil tapmağa yollar axtarır, lakin onu heç cür sakitləşdirə bilmir.
Mənbə bildirir ki, Elman Rüstəmovla qeyri-leqal ailəsi arasında nifaq onun Mərkəzi Bank sədri vəzifəsində olarkən Sevinc Rəsulovanın adına rəsmiləşdirdiyi xeyli sayda əmlakı geri istəməsindən sonra düşüb. Belə ki, Elman Rüstəmov bir vaxtlar katibəsi olan Sevinc Rəsulovanın adına çoxsaylı mal-mülk rəsmiləşdirib. Bu yolla varidatını gizlətməyə çalışıb. Mərkəzi Bankın sədri postundan gedəndən sonra Sevinc Rəsulova ilə əlaqə saxlayaraq ondan əmlakları özünün yaxın qohumlarının adına keçirilməsini istəyib. Sevinc Rəsulova isə bundan imtina edib. Valideynləri arasındakı mal-mülk davasına şahid olan Aqil Rəsulov Elman Rüstəmova sərt sözlər deməklə ondan anasından əl çəkməsini istəyib. Günlərlə davam edən dava-dalaş Aqil Rəsulova pis təsir göstərib və o, videomüraciət yaymaqla Elman Rüstəmovun tələblərinin qarşısını almağa çalışıb. Məsələnin ictimailəşməsi Elman Rüstəmovun geri çəkilməsinə səbəb olub. Deyilənə görə, sabiq baş bankir Sevinc Rəsulovanın adına olan əmlakları geri almaq fikrindən daşınıb.
Aqil Rəsulovu sakitləşdirmək üçün Elman Rüstəmov bütün imkanlarını səfərbər edib. İddialara görə, Aqil Rəsulovun anası Sevinc Rəsulova və nənəsi Elman Rüstəmovun mövqeyindən çıxış etməyə başlayıblar.
Xatırladaq ki, yayılan məlumatlara görə Elman Rüstəmov ikinci xanımını və nikahdankənar övladını illər öncə Dubaya köçürüb və orada onlara yaşamaları üçün bütün imkanları yaradıb. Sevinc Rəsulovanın adına mülklər, külli miqdarda vəsait, o cümlədən bahalı maşınların olduğu deyilir. Məlumata görə, E.Rüstəmov Sevinc Rəsulovaya İsveçrədə təmtəraqlı villa da alıb. Aqil Rəsulovun da zəngin həyat yaşadığı qeyd edilir. Aqilin ilk video-müraciətindən belə aydın olur ki, hazırda Sevinc Rəsulovanın adında olan mülklər və varidatı Elman Rüstəmov geri almaq istəyib. Sevinc Rəsulova buna etiraz etdikdə isə təzyiqlər başlayıb və bütün bu qalmaqalın ictimailəşməsinin də səbəbi budur.
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...