FHN-in Cənub Regional Mərkəzi tərəfindən Nazirliyin regionda fəaliyyət göstərən qurumlarının nümayəndələri ilə birgə Mərkəzin akt zalında "Heydər Əliyev İli"nə həsr olunmuş "Heydər Əliyev ideyalarına sadiqik" mövzusunda tədbir keçirilib.
BUTA.TV xəbər verir ki, əvvəlcə, Mərkəzin əməkdaşları Azərbaycan Respublikasının dövlət quruculuğunda əvəzsiz rolu olan, görkəmli siyasətçi, tarixi şəxsiyyət, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önündə gül-çiçək dəstələri qoyaraq Dahi Rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbirdə çıxış edən natiqlər hələ sovetlər dövründə Azərbaycanda müstəqillik ideyalarının təşəkkül tapmasında, elmi və kadr potensialının yüksəldilməsində, milli zabit kadrlarının hazırlanmasında xalqımızın ulu öndəri Heydər Əliyevin misilsiz rolundan, gördüyü titanik işlərdən danışıblar. Xüsusi vurğulanıb ki, məhz Ümummilli Liderin əsasını qoyduğu mütərəqqi siyasi kursun Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən böyük məharətlə davam və inkişaf etdirilməsi nəticəsində bu gün Azərbaycan dünyanın ən qüdrətli dövlətlərindən birinə, beynəlxalq aləmdə söz sahibinə çevrilib.
Tədbirin sonunda “Sən elə bir zirvəsən” adlı videoçarx nümayiş olunub.
Müəllimini güllələyən şagird kimlərdən göstəriş alıb? - ŞOK DETALLAR ÜZƏ ÇIXDI
- Nərgiz Məhəmmədinin həbs müddəti artırıldı
- Azərbaycanlılar milyonlarını harda xərcləyir?
- Son 47 ildə ilk: Xamenei görüşə getmədi
- Telefonunuzu dəyişməsəniz, məlumatlarınız oğurlana bilər
- Həmzəyevin AAYDA-da "ailə podratı"...
- Tıxaca səbəb olan yol təmiri nə zaman bitəcək?
- Müəllimini güllələyən şagird kimlərdən göstəriş alıb? - ŞOK DETALLAR ÜZƏ ÇIXDI
- Epşteyn adasındakı sirr DEŞİFRƏ OLDU: Dəhşətli qətl yazışmaları