Müdafiə naziri Zakir Həsənovun “Hazır ol” əmri ordunun daim tətikdə dayanması baxımından təbiidir, lakin indi sərhəddə və Qarabağda təxribatların olması daha aktualdır:
- Ermənistan sərhəddə eskalasiya ilə bağlı razılaşmaları sıfırlamaqda, danışıqların yeni şərtlərini formalaşdırmaqda maraqlı tərəfdir: istisna deyil ki, İrəvan sərhəddə “itirdiyini” hesab etdiyi hansısa mövqeyi ələ keçirmək, bununla delimitasiya məsələsində əlini gücləndirmək istəyə bilər;
- Laçın yolundakı aksiyanın davam etməsi fonunda erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyası məsələsi daha da aktuallaşır və separatçılar da, ruslar da, erməni diasporu/lobbisi və onların müdafiəçisi olan ölkələr də belə bir perspektivdə maraqlı deyil: erməni əhalisinin Bakıya düşmənçiliyinin körüklənməsi və mümkün təmasların sıradan çıxarılması məqsədilə Qarabağda təxribatlar törədə bilərlər.
Azərbaycan hər iki istiqamətdə mümkün ssenariyə hazır olmalıdır. Belə hazırlıq təkcə hərbi yox, diplomatik və informasiya müstəvisində də nəzərə alınmalıdır.
- Tarixi danışıqlar zamanı futbola baxırmışlar... - Video
- Braziliya qrup lideri kimi 1/16 finalda - Yenilənib - Video
- Karakas güclü zəlzələdən az sonra... - Video
- 700 bal toplayan abituriyent: Həm telefonum olub, həm də...
- Bu gün Azərbaycanda Aşuradır
- “Bu səhvim məni 700 baldan ayırdı” - Ölkə birincisi
- Sabah Bakının bu rayonlarında işıq olmayacaq
- Günün səbəbkarlarını - Tanıyaq!+Fotolar