İsveç heç bir ehtiyacın olmadığı halda ABŞ-ın təzyiqi ilə NATO-ya daxil olmaq istəyir. Çünki ABŞ Şimal Buzlu Okeanına çıxmaq naminə təşkilatın genişlənməsinə çalışır. İsveç NATO-ya üzv olmaq üçün digər bütün üzvlərin, eyni zamanda Türkiyənin razılığını almalıdır. Türkiyə də ondan PKK və FETÖ terrorçularına verdiyi dəstəyi kəsməyi tələb edir.
Bu sözləri BUTA.TV-a İsveçin paytaxtı Stokholmda PKK terror təşkilatı tərəfdarlarının keçirdiyi mitinq haqqında danışan Türkiyənin istefada olan kəşfiyyat polkovniki Coşkun Başbuğ deyib.
Polkovnik İsveçin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi halında Türkiyənin onun NATO-ya üzvlüyünə heç vaxt razılıq verməyəcəyini vurğulayıb:
“İsveç həqiqətən sözügedən məsələdə qaranlıq və kirli keçmişə sahib bir dövlətdir. Hələ də ölkəmizə qarşı terrorçulara çox dəstək verir. 28 iyun 2022-ci ildə NATO-nun Madriddə keçirilən Zirvə Toplantısı çərçivəsində Türkiyə, İsveç, Finlandiya və təşkilatın baş katibi bir razılaşma imzaladı. Razılaşma əsasında İsveç üzərinə rəsmi şəkildə öhdəlik götürüb və biz bunların yerinə yetirilməsini tələb edirik. İsveç terror təşkilatlarına dəstəyi kəsməli, ölkəni onlardan təmizləməli, axtarışda olanları isə dövlətimizə təhvil verməlidir. Amma bunların heç biri olmur. Hətta ən son İsveçdə yaşayan FETÖ-cu vətən xaini Bülənd Keneşin Türkiyəyə verilməsi tələb olundu. Onlar isə məhkəmədən Keneşin verilməməsi üçün rədd qərarı çıxardılar. Yəni yenə “köhnə hamam, köhnə tas”dır. PKK tərəfdarları iki gün öncə paytaxt Stokholmda Türkiyənin seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın maketini asaraq aksiya keçirdilər, millətimizi, dövlətimizi təhqir etdilər. Bundan İsveç polisi və kəşfiyyatının xəbəri olub, çünki başqa cür belə bir aksiyanın keçirilməsi mümkün deyil. Təbii ki, millətimiz və bütün türk dünyası buna etiraz etdi və İsveçə lənət yağdırdı. Fikrimcə, İsveçin terrora verdiyi dəstəyi kəsmək niyyəti qətiyyən yoxdur. İsveç bunun sabotaj olduğunu qeyd etsə də, səmimiyyətlərinə inanmırıq. Çünki hadisə zamanı İsveç polisi müdaxilə etmək bir yana dursun, barmağını belə tərpətmədi. Guya bizə xala xətrinə qalmasın deyə, bir neçə nəfərin saxlandığını bildiriblər. Lakin buna da inanmaq olmaz. Türkiyə haqlı olaraq səfiri çağıraraq, rəsmi şəkildə bu təxribata etiraz etdi. Əgər belə davam edərsə, Türkiyə İsveçin NATO-ya üzvlüyünə birmənalı şəkildə razılıq verməyəcək.
Əslində baş verənlər yalnız İsveçin deyil, bütün Qərbin terrorizmə verdiyi dəstək kimi başa düşülməlidir. NATO-nun 2017-ci ildə 8-17 noyabr tarixlərində Norveçdəki təlimində də Qazi Mustafa Kamal Atatürkün və cənab Ərdoğanın fotolarını hədəf taxtasına çevirmişdilər. “Üzr istəyirik” dedilər, amma üzrlə bu məsələlər nə vaxta kimi davam edəcək? Türkiyə belə oyunlara göz yumacaq dövlət deyil. Belə təxribat və alçaq hərəkətlərin cavabı verilib və veriləcək”.
Qeyd edək ki, PKK tərəfdarlarının Stokholmda keçirdiyi mitinqdə polisin gözü qarşısında Rəcəb Tayyib Ərdoğanın maketi asılıb və Türkiyə əleyhinə təhqirlər səsləndirilib.
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir