SOCAR Ukrayna Dnepr şəhərindəki faciənin nəticələrini ortadan qaldıran müxtəlif xidmətlərə növbə dəyişikliyi zamanı dincəlmək və pulsuz qida təminatı həyata keçirir.
BUTA.TV xəbər verir ki, bu barədə məlumatı Odessa Azərbaycanlıları Birliyi təşkilatının sədr müavini Anar Natiqoğlu deyib.
“Şəhər meri Boris Filatov bütün xidmətlərin nümayəndələrinin növbəni bitirdikdən sonra Şinnaya-14-də qidalana və dincələ biləcəklərini bildirib”, - o qeyd edib.
Qeyd edək ki, Rusiya ötən gün Dneprdə yaşayış binasına zərbə endirib. Nəricədə 29 nəfər ölüb, onlarla insan yaralanıb.
Hazırda dağıntılar altında insanların qaldığı bildirilir.
- Pezeşkianın bu görüntüləri gündəm oldu - Video
- Tarixi danışıqlar zamanı futbola baxırmışlar... - Video
- Mərakeş möhtəşəm geridönüşlə 1/16-də - Video
- Braziliya qrup lideri kimi 1/16 finalda - Yenilənib - Video
- Karakas güclü zəlzələdən az sonra... - Video
- 700 bal toplayan abituriyent: Həm telefonum olub, həm də...
- Bu gün Azərbaycanda Aşuradır
- “Bu səhvim məni 700 baldan ayırdı” - Ölkə birincisi