Rusiya ətrafında və daxilində baş verən hadisələr yaxın illərdə çox qeyri-müəyyən, fərqli şəkildə cərəyan edə bilər. 2025-ci ilə qədər Rusiyanın hansı vəziyyətdə olacağını bilmirik.
BUTA.TV xəbər verir ki, bu sözləri Cənubi Qafqaz üzrə ekspert Andrey Areşev deyib.
Areşev bildirib ki, Azərbaycanın Qarabağ iqtisadi zonasında müvəqqəti yerləşdirilən rus sülhməramlı missiyasının müddətinin uzadılması və ya uzadılmaması onların Xankəndiyə yerləşdirilməsi kimi son anda həll oluna bilər:
“Azərbaycan rəhbərliyini razı salmaq üçün ciddi səylər göstərilmişdi. Xatırlayırıq ki, Türkiyə də Qarabağda sülhməramlı kimi tam iştirak etmək istəyirdi. Lakin Rusiya Ərdoğanın Qarabağda möhkəmlənmək israrını keçmiş DQMV-nin inzibati hüdudlarından kənarda formal monitorinq mərkəzinə çevirə bildi. “2025-ci ildə bu məsələ necə həll olunacaq” sualına gəlincə, Azərbaycanın əsas müttəfiqi, tərəfdaşı olan Türkiyədən Kremlin ticarət, iqtisadi, logistika və digər sahələrdə asılılığı ciddi şəkildə artıb. Hesab edirəm ki, 2025-ci ildə bu, şübhəsiz ki, nəzərə alınacaq. Amma hazırda mən Rusiyanın Qarabağdakı sülhməramlı missiyasına alternativ görmürəm”.
- "İdrak" liseyinin binası Ruslan Eyyubovun imiş
- Bu məşhurların övladları “İdrak”da təhsil alır
- Şənbə günü hava necə olacaq?
- Azərbaycanda Nyukasl xəstəliyinə yoluxma var?
- "İdrak" liseyində güllələnən müəllimin - Fotosu
- İnsidentin baş verdiyi liseydə təhsil haqqı nə qədərdir?
- Səfər Mehdiyevin köməkçisi olmuş polkovnik həbs edildi
- Mehdiyevin məşhur kadrı vəzifədən çıxarıldı