Son günlər Naxçıvan Muxtar Respublikasının NTV kanalında Muxtar Respublika Ali Məclisinin sabiq sədri Vasif Talıbovun əməlləri ilə bağlı tənqidi verilişlər yayımlanır. Bu verilişlər əsasən Naxçıvanda Talıbovlar tərəfindən tətbiq edilən qadağalar və sosial problemlərlə bağlıdır.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, daha bir maraqlı məqam Naxçıvan Muxtar Respublikasının Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli ilə bağlıdır.
Belə ki, kiçik araşdırma zamanı Sahil Tahirlinin Vasif Talıbovun tərifinə həsr etdiyi yazıları sosial şəbəkə səhifələrindən sildiyi məlum olub.
Bundan başqa, o, Naxçıvandakı rəhbər dəyişikliyindən sonra feysbuk və instaqram sosial şəbəkə hesabından Vasif Talıbovla olan bütün şəkillərini də silib.
- Bakıda 2 kran aşdı, mağaza və maşınlara ciddi ziyan dəydi - Video
- Ağdərədə çəkilən bu kadrları ilk dəfə görəcəksiniz - Video
- Özəl bağçalarda təhsil haqqının 250 manatını dövlət ödəyəcək
- Bu tarixədək Qarabağda 140 min sakin məskunlaşacaq
- “Zolağı” var, amma avtobuslar digər zolağı da tutur - Video
- 1400-ə yaxın sürücü imtahan verəcək
- Daşkəsəndə binada qaz sızdı, partlayış oldu: xəsarət alan var
- Kapital Bank “SIBOS 2024”də: tədbir davam edir