Azərbaycanda ötən il 2021-ci illə müqayisədə dövlət büdcəsinə vergi daxilolmaları 82,2% artıb.
BUTA.TV xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi Feysbuk hesabında məlumat yayıb.
“Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar və biznesin davamlı olaraq şəffaflaşması dövlət büdcəsinə vergi daxilolmalarının dinamikasına ciddi töhfə verir. 2022-ci ildə dövlət büdcəsinə vergi daxilolmaları 2021-ci illə müqayisədə 82,2% artaraq 15 mlrd. 541,5 mln. təşkil edib. Bu dövr ərzində qeyri-neft-qaz sektoru üzrə daxilolmalar isə 27,9% artaraq 8 mlrd. 134,9 mln. olub”, - nazir qeyd edib.
- Pezeşkianın bu görüntüləri gündəm oldu - Video
- Tarixi danışıqlar zamanı futbola baxırmışlar... - Video
- Mərakeş möhtəşəm geridönüşlə 1/16-də - Video
- Braziliya qrup lideri kimi 1/16 finalda - Yenilənib - Video
- Karakas güclü zəlzələdən az sonra... - Video
- 700 bal toplayan abituriyent: Həm telefonum olub, həm də...
- Bu gün Azərbaycanda Aşuradır
- “Bu səhvim məni 700 baldan ayırdı” - Ölkə birincisi