Məşhur italiyalı aktrisa Cina Lollobricida 96 yaşında vəfat edib.
Kult.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.
Qeyd edək ki, Luicina Lollobricida 1927-ci ildə İtaliyanın mərkəzində, Subiako şəhərində mebel ustası ailəsində anadan olub. Onun doğulduğu ailənin Culiana, Mariya və Fernanda adlı daha üç qızı var idi. 1945-ci ildə ailəsi Romanın kənarına köçüb və Cina küçə rəssamı kimi ilk pulunu karikatura çəkməklə qazanıb. O, həmin dövrdə opera vokal dərsləri alır və teatr məktəbində oxuyurdu. 1946-cı ildə Luicina kinoda epizodik rolları ilə debüt edib. 1947-ci ildə "Miss İtaliya" gözəllik müsabiqəsində üçüncü yeri tutub. 1950-1951-ci illərdə aktrisa artıq Cina Lollobrigida adı ilə üç italyan filmində baş rollarda oynayıb. Lakin əsl dünya şöhrəti ona fransız kinorejissoru Kristian-Jakın “Fanfan Lalə” filmindəki gözəl Adeline obrazından sonra gəlib.
C.Lollobricidanın kino karyerası 1973-cü ildə dayandırılsa da, ancaq 1997-ci ilə qədər filmlərdə rol alıb. O, 50 il ərzində Avropa və ABŞ-da 60-dan çox filmdə çəkilib, onların yarıdan çoxu 1950-ci illərdə çəkilib. Onun ən diqqətçəkən rollarından biri də Jan Delannuanın rejissoru olduğu “Notr-Dam Katedralı”nda (1956) Esmeralda obrazı olub.
Telefonunu maşına çırpıb pul tələb edirdi, həbs olundu - Yenilənib+Video
70-ci illərdə çəkiliş meydançasından ayrıldıqdan sonra Lollobricida peşəkar fotoqraf olub, “Mənim İtaliyam” və “Uşaqlar və Heyvanlar” mövzusunda bir neçə albom buraxıb. Paul Nyuman, Salvador Dali və Fidel Kastro onun üçün poz veriblər və sonralar Cina onlar haqqında film çəkib. Cina heykəltaraşlıqla da məşğul olub. O, bir çox film festivallarında da iştirak edib.
- Pezeşkianın bu görüntüləri gündəm oldu - Video
- Tarixi danışıqlar zamanı futbola baxırmışlar... - Video
- Mərakeş möhtəşəm geridönüşlə 1/16-də - Video
- Braziliya qrup lideri kimi 1/16 finalda - Yenilənib - Video
- Karakas güclü zəlzələdən az sonra... - Video
- 700 bal toplayan abituriyent: Həm telefonum olub, həm də...
- Bu gün Azərbaycanda Aşuradır
- “Bu səhvim məni 700 baldan ayırdı” - Ölkə birincisi