Yaxın Şərqin ən böyük duzlu gölü olan Urmiya gölü son illərdə yanlış idarə edilmə və iqlim dəyişikliklər ucbatından quruma təhlükəsi ilə üz-üzədir.
BUTA.TV xəbər verir ki, bunu Urmiya gölünün bərpası və araşdırma şurası rəhbəri Ruhulla Mütəfəkkir Azad deyib.
“Bu il də keçən illərdə olduğu kimi gölə aid su mənbələrinin qarşısında tikilən bəndlərdən suyun buraxılmaması və “Kani Sib” su tunelinin tamamlanmaması səbəbindən gölün əsas hissəsi tamamilə qurumağa məruz qalıb. “Kani Sib” bəndindən Urmiya gölünə suyun nəqli layihəsinin birinci mərhələsi bu ilin sonunadək başa çatacaq. Suyun ötürülməsi birinci mərhələdə təqribən 300 milyon kubmetr həcmdə həyata keçiriləcək”, - o bildirib.
Qeyd edək ki, bundan öncə Ətraf Mühitin Mühafizəsi Təşkilatı Urmiya gölündə ciddi problem olduğunu, böhran vəziyyətinin yaşandığını demişdi.
Müəllimini güllələyən şagird kimlərdən göstəriş alıb? - ŞOK DETALLAR ÜZƏ ÇIXDI
- Nərgiz Məhəmmədinin həbs müddəti artırıldı
- Azərbaycanlılar milyonlarını harda xərcləyir?
- Son 47 ildə ilk: Xamenei görüşə getmədi
- Telefonunuzu dəyişməsəniz, məlumatlarınız oğurlana bilər
- Həmzəyevin AAYDA-da "ailə podratı"...
- Tıxaca səbəb olan yol təmiri nə zaman bitəcək?
- Müəllimini güllələyən şagird kimlərdən göstəriş alıb? - ŞOK DETALLAR ÜZƏ ÇIXDI
- Epşteyn adasındakı sirr DEŞİFRƏ OLDU: Dəhşətli qətl yazışmaları